Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il “Ümid-2” platformasından ilk quyu qazılacaq

Gələn il “Ümid-2” platformasından ilk quyu qazılacaq

2020-ci ildə “Ümid-2” platformasından ilk quyunun qazılması nəzərdə tutulur. Bu barədə mətbuata  müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev daha sonra  əlavə edib ki, Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır. “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

8 2019 14:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə