Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb

Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuza səfəri çərçivəsində sakinlərin qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edərək, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət edən deputat onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

O, həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Deputat vətəndaşları fərdim qaydada dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararıb, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

O.Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə  Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələləri araşdıracağını bildirib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 12:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə