Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Sarayında “Sehrli Novruz” adlı bayram şənliyi keçirləcək

Heydər Əliyev Sarayında “Sehrli Novruz” adlı bayram şənliyi keçirləcək

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqram ilə sevindirəcək.

22 mart 2019-cu il tarixində Novruz bayramı münasibətilə Sarayın səhnəsində “Sehrli Novruz” adlı möhtəşəm bayram şənliyi keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları “Kosa və Keçəl” şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr barədə məlumat verəcəklər.

Bundan əlavə uşaqlar “Kosa və Keçəl”in məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2019 11:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə