Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir sınaq imtahanı keçiriləcək

Daha bir sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 28337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə, 55 binada təşkil olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2019 11:50 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə