Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabul rayonunda profilaktik tədbirlər aparılır

Hacıqabul rayonunda profilaktik tədbirlər aparılır

Ölkədə epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Hazırda 25 kənd və 5 qəsəbəni əhatə edən Hacıqabul rayonunda epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Hacıqabul rayonunda da heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı yanvar ayının ilk günlərindən profilaktik tədbirlərə başlanılıb.

Dövlət Baytarlıq Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsi “soyuq zəncir” rejimi gözlənilməklə 8 sahə baytarlıq məntəqəsində peyvəndləmə tədbiri aparır. Dövlət vəsaiti hesabına alınmış peyvənd vasitələri mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. İlin əvvəlindən indiyə kimi rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında profilaktik peyvəndləmə tədbiri aparılıb, qan nümunələri götürülüb, dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna  kimi yekunlaşdırılması nəzərdə tutulur. 

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər. 

Hacıqabul rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin başa vurduğumuz il ərzində həssas heyvanlar xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə heyvanlardan qan nümunələri alınaraq müayinə edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 11:45 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə