Ən son xəbərlər

Son buraxılış
Arxiv

Haymoriti iki flakonla sağaldan resept

 Haymoriti iki flakonla sağaldan resept

Bu resept 20 il haymoritdən əziyyət çəkən rusiyalı telejurnalistin sınadığı üsuldur. Ötən əsrdə sınanıb. Bu barədə Medicina.az yazır.

Xəbərdə deyilir: “Ağır haymoritdən ildə 2 dəfə müaicə alan, hətta irin deşilərək də təmizlənən xəstə sağala bilmirdi. Həkim son çarənin əməliyyat olduğunu deyəndə o bu metodu sınayır. Özünün dediyi kimi düşünüb ki, iltihabı, bakteriyaları antibiotiklə sağaldırlar. Amma həkimlər dərmanı qəbul etmək üçün verir. Bəs antibiotiki birbaşa elə harmoritin olduğu yerə çatdırsam necə olar?

Beləliklə o 2 flakon penisillin alır. Flakondakını ilıq suda həll edir.  Pipetkanı penisillinlə doldurub, kürəyi üstə uzanaraq, hər iki burun deşiyinə bir pipetkanı boşaldır. Sonra başını sağa-sola fırladır ki, məhlul yuxarı çatsın. 

Hər 30 dəqiqədən bir proseduru təkrarlayır, ta ki, bir flakon penisillin bitənə kimi. Sabahı yenidən ikinci flakonu eyni qayda ilə istifadə edib.

Bu üsuldan sonra haymorit bir daha onu narahat etməyib. İndi həmin kişinin 86 yaşı var”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 11:42 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin