Ən son xəbərlər

Son buraxılış
Arxiv

D vitamini çatmazlığından nələr baş verir

D vitamini çatmazlığından nələr baş verir

Əksəriyyət insanlar bədən ağrılarından şikayət edir. Bəzən pasiyent həkimə gedir, harasının ağrıdığını soruşduqda isə "hər yerim, sanki sümüklərim sızıldayır” cavabını verir. Onlara birmənalı olaraq verilən cavab isə budur: "Yəqin düz yatmamısan”, "yastığını dəyiş”, "yəqin döşəkdəndir”. Halbuki türkiyəli alimlərin apardığı araşdırma göstərir ki, bu tip səbəbsiz bədən ağrılarının əsasını D vitamini çatmazlığı təşkil edir.

Orqanizmdə D vitamini çatmadıqda əzələ və sümük ağrılarından başqa, digər xəstəliklər də yaranır. Bunlar halsızlıq, yorğunluq, depressiya, multipl skleroz, təzyiq, ürək, diabet kimi bir çox xəstəliklərdir.

Qidalarla lazım olan miqdarda D vitamin almaq olmur, amma yenə də D vitamin ilə zəngin qidalar var. Yağlı balıq növləri, yumurtanın sarısı, dana ciyəri, təmiz kərə yağı bu baxımdan vacib qidalardandır.

D vitamini çatışmadıqda yaşlı insanlarda osteoporoz, yəni sümük əriməsi yarana bilər. Mütəmadi olaraq bədən ağrısı, halsızlıq, yorğunluq yaşayan hər bir fərd müəyyən bir yaşdan sonra D vitaminini daima ölçdürməlidir. Bunu mütəxəssislər də məsləhət görür. Çünki bədəndəki vitamin azalması ilə bərabər, bud-çanaq oynağının qırılması məsələsi də yaş artdıqca aktuallaşır. Bu səbəbdən xüsusən yaşlı nəsil D vitamin məsələsində diqqətli olmalıdır. D vitamini çatışmazlığını cəmi bir müayinə ilə müəyyən emək mümkündür.

Qapalı məkanlarda çalışan insanlar da risk qrupuna daxildir. Çünki səhər iş yerinə giririk, axşam günəş batanda isə çıxırıq, beləcə D vitamin əksikliyi qaçılmaz olur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 11:40 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin