Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran “Dizful” adlı yeni ballistik raket təqdim edib

İran “Dizful” adlı yeni ballistik raket təqdim edib

Fars agentliyinin verdiyi xəbərə görə İran “Dizful” adlı yeni ballistik raketini təqdim edib. Raketin uçuş məsafəsi 1000 km-ə bərabərdir.

Mərasim İranın İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin ballistik raket hazırlığı üzrə qapalı yeraltı zavodda korpusun komandanı Məhəmməd Əli Cəfərinin iştirakı ilə baş tutub.

Mərasimdə “yer-yer” tipli “Dizful” ağıllı raketi təqdim olunub. Məhəmməd Əli Cəfəri çıxış edərək bildirmişdir ki, İranın raket gücü müdafiə xarakterlidir və İslam Respublikasının düşmənlərini cilovlamaq üçündür.

Xatırladaq ki, İran hərbçiləri fevralın əvvəlində uzaq mənzilli  “Hoveyze” qanadlı raketini nümayiş etdirmişlər. Raketin uçuş məsafəsi 1350 kilometrdir. Aşağı hündürlükdə uça bilən raket yüksək dəqiqliyə malikdir.

 

“Xalq qəzeti”

8 2019 10:51 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin