Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Əməkdaşlıq Proqramı təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının müddəalarının həyata keçirilməsini təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2019-cu il

8 2019 01:10 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə