Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin sabiq diplomatı Fransa prezidentini yanlış addım atmamağa çağırmışdır

Türkiyənin sabiq diplomatı Fransa prezidentini yanlış addım atmamağa çağırmışdır

Türkiyənin Azərbaycandakı və Moldovadakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıc  Fransa prezidenti Emmanuel Makronun qondarma 1915-ci il hadisələrinin Fransada matəm günü elan olunacağına dair açıqlamasının əsassızlığını vurğulayaraq bu məsuliyyətsiz bəyanatı kəskin ittiham etmişdir:

“Fransa prezidenti Emmanuel Makronun qondarma 1915-ci il hadisələrinin Fransada matəm günü elan olunacağına dair ifadələrini xidməti fəaliyyətinin önəmli hissəsini ASALA terrorçularının təhdidləri ilə keçirən bir diplomat olaraq qınayıram. Tarixçilər tarixlə, siyasətçilər isə siyasətlə məşğul olsa, daha məntiqli olar. 1915-ci il hadisələri hüquqi, tarixi və akademik dərəcədə problemli mövzudur. Bu məsələ siyasətçilərin deyil, tarixçilərin sahəsidir.

1915-ci ildə Makronun dədəsi də dünyada deyildi. Makronun öncə Osmanlı tarixini yaxşı öyrənməsini gözləyirik. Makronun ifadələri Fransada yaşayan 700 mindən çox çox türkə, türk əsilli Fransa  vətəndaşlarına, Azərbaycan vətəndaşlarına, qardaş Türk ölkələrinin vətəndaşlarına hörmətsizlikdir. Atılan addım təhlükəli və separatçı narahatlıq, ayrı-seçkilik yaradacaq, xalqları düşmən halına gətirəcək”.

Açıqlamasının davamında sabiq diplomat fransa prezidentini düşünülməmiş addım atmaqdan çəkindirərək demişdir ki, Türkiyə İstiqlal savaşı dönəmində Anadoluda ermənilərin əli ilə həyata keçirilən dəhşətlər, yaxın keçmişdə Əlcəzairdə törədilən qətliamlar və Ruanda soyqırımı yaddaşımızdadır: “Son 45 ildə bəziləri Fransada olmaqla, 42 günahsız Türk diplomatını erməni terrorçu qurplaşmalarının vəhşicəsinə qətlə yetirməsi və 27 il öncə Xocalıda erməni terrorçularının  həyata keçirdikləri qətliam qarşısında susanların tarixin küllərini qarışdıraraq, başqalarını ittihama qalxmasını insan zəkasına təhqir olaraq dəyərləndirirəm. Makronun atacağı bu təhlükəli, separatçı və yalnış addımdan imtina edəcəyini gözləyirik”. 

 

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

7 2019 17:56 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin