Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Oskar"ın təqdimetmə mərasimi 30 ildə ilk dəfə aparıcısız olacaq

Fevralın 24-də baş tutacaq "Oskar" mükafatının təqdimetmə mərasimi aparıcısız keçiriləcək.

Bunu ABC telekanalının əyləncəli verilişlər departamentinin direktoru ABC Keri Berk deyib.

Onun sözlərinə görə, prodüserlər qərara gəliblər ki, mükafatları dəvət olunmuş məşhurlar təqdim etsin. Keri Berk bildirib ki, bu ideya həm Amerika Kinoakademiyası, həm də mərasimin yayımlanacağı telekanal tərəfindən dəstəklənib.

Berk eyni zamanda bildirib ki, "bu, mərasimi 3 saata qədər azaltmağın ən yaxşı üsuludur".

"Reuters" xəbər verir ki, "Oskar"ın təqdimetmə mərasimi yalnız 1989-cu ildə aparıcısız keçirilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 16:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə