Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niyazinin mənzil - muzeyində Xalq artisti Eldar İsgəndərovla görüş keçirilib

Niyazinin mənzil - muzeyində Xalq artisti Eldar İsgəndərovla görüş keçirilib

Niyazinin mənzil - muzeyində violonçel ifaçısı, Xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, R. Babayev adına 25 nömrəli musiqi məktəbinin direktoru Əmirhüseyn Hüseynov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar, Əməkdar incəsənət xadimi Elnara Dadaşova, Xalq artisti, bəstəkar Azər Dadaşov, Əməkdar artist, skripka ifaçısı Leonid Barştak və muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbir çərçivəsində E.İsgəndərov klub üzvlərinin suallarını cavablandırıb, yaradıcılıq planları haqqında məlumat verib.

Tədbir R. Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri, o cümlədən məktəbin kamera ansamblı, violonçel ansamblı və kiçik simfonik orkestri tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 16:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə