Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdar artist Çinarə Əlizadə Polşa teatrında çıxış edib

Əməkdar artist Çinarə Əlizadə Polşa teatrında çıxış edib

Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki - Opera Narodowa) Aleksandr Dümanın "Kameliyalı qadın" adlı romanı və görkəmli polyak bəstəkarı F.Şopenin musiqisi əsasında hazırlanmış balet nümayiş edilib.

Ölkəmizin Polşadakı səfirliyindən bildirilib ki, səhnə əsərində Marqarita obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə canlandırıb. Həmyerlimizin çıxışı maraqla qarşılanıb. Səhnə əsərini Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da izləyib. Çinarə Əlizadə, eyni zamanda, Polşa Milli Baletinin birinci solistidir.

Qeyd edək ki, baletin xoreoqrafı Hamburq Balet Teatrının direktoru Con Noymayer, rəssamı isə Yurgen Rozedir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 16:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə