Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Apelyasiya Məhkəməsi Koçaryanı həbsdə saxladı

Apelyasiya Məhkəməsi Koçaryanı həbsdə saxladı

Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı apelyasiya şikayətini təmin etməyib.

Fevralın 4-də Cinayət Apelyasiya Məhkəməsi Ermənistanın ikinci prezidenti R.Koçaryanın həbsi ilə bağlı vəkillərinin apelyasiya şikayətinə baxmışdır.  Bu barədə jurnalistlərə dövlət ittihamçısı məlumat vermişdir. Məhkəmə “1 mart” işi üzrə sabiq prezidentin həbsdə saxlanma müddətinin iki ay uzadılması barədə ümumi yurisdiksiya məhkəməsinin 18 yanvar tarixli qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi. Noyabrın 15-də Kassasiya Məhkəməsi işi yenidən araşdırılması üçün Apelyasiya Məhkəməsinə qaytarmışdır. Apelyasiya Məhkəməsi dekabrın 7-də sabiq prezidentin həbsinə dair qərar çıxarmışdır.

 

“Xalq qəzeti”

7 2019 15:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə