Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxıb

“Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxıb

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, kitab Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, publisist, mətnşünas, alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilib.

Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının irsinin araşdırılmasında görkəmli alimin rolundan bəhs olunur. Bildirilir ki, professor Ş.Hüseynov Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaq şəxsiyyətlərini dərindən öyrənərək bütövlüyü ilə xalqa təqdim etmək yolunda genişmiqyaslı fəaliyyət göstərir. Araşdırmaları və nəşrləri ilə o, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digər millət fədailərinin şəxsiyyəti və irsinin daha yaxşı tanınması üçün mötəbər təməllər yaradıb. Cümhuriyyət dövrü parlamentimizin şanlı səhifələrini gələcək nəsillərə çatdıran qiymətli kitabların müəllifi olan professor Ş.Hüseynov elmi axtarış və yaradıcılıq fəaliyyətində ayrı-ayrı fakt, hadisə, problem və şəxsiyyətin barəsində məhz doğruların ortaya qoyulmasına, ictimaiyyətə çatdırılmasına üstünlük verib.

Kitab Azərbaycan elmi və ədəbi mühiti, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

7 2019 15:38 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə