Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin sosial müdafiəsi gücləndirilir

Əhalinin sosial müdafiəsi gücləndirilir

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin əvvəlinə 415,9 min nəfər sosial müavinət, 62,3 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır. Ötən il birdəfəlik müavinət alanların sayı 90,1 min nəfər olmuşdur.

Hesabatda həmçinin bildirilir ki, ölkədə əhalinin sosial müdafiəyə ehtiyacı olan bütün təbəqələrinin (əlillərin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan 18 yaşadək uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adı almış, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş, 20 Yanvar hadisəsi və Çernobıl qəzası zamanı əlil olmuş şəxslərin və s.-in) aldıqları müavinətlər ötən il martın 1-dən 10 faiz artırılmışdır.

Bundan əlavə, Prezidentin fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlar zamanı itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin hər birinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə başlanılmışdır.

Ötən il, həmçinin əhalinin müxtəlif təbəqələrindən olan şəxslərə verilən Prezident təqaüdləri artırılmışdır. Artım, eləcə də fəxri adlara görə verilən təqaüdləri əhatə etmişdir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

7 2019 15:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə