Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Azərbaycana qanunvericiliyin, ərazi planlaşdırılması praktikasının işlənilməsində dəstək göstərir

Avropa İttifaqı Azərbaycana qanunvericiliyin, ərazi planlaşdırılması praktikasının işlənilməsində dəstək göstərir

Avstriyalı və litvalı ekspertlər 11-13 fevralda milli qanunvericilik, ərazi, məkan və şəhər planlaşdırılması standartlarının hazırlanmasına dəstək vermək üçün Azərbaycana səfər edəcəklər.

Trend-in məlumatına görə, ekspertlər bu sahədə tətbiq edilə biləcək Aİ qanunvericiliyin icmalını və standartları təqdim edəcəklər, azərbaycanlı həmkarlarına onların tətbiqi ilə bağlı kömək edəcəklər.

Seminar Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunacaq.

7 2019 10:37 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin