Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 38 Bakı şəhəri, 6 fevral 2019-cu il
 
 “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında
“Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin informasiya sisteminin bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan informasiya sistemləri və ehtiyatları ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 6 fevral

tarixli 38 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin

 

SİYAHISI

 

Sıra №-si

İnformasiya sistemi və ehtiyatı

1.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

1.1.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

2.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

2.1.

“Elektron məhkəmə” sisteminin müvafiq komponentləri (tam fəaliyyət göstərənə qədər mərhələli şəkildə)

3.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3.1.

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi

4.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

4.1.

Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə