Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır

BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır

“BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin bildirdiyinə görə, adı çəkilən şirkət 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır.

B. Aslanbəyli, eyni zamanda,  qeyd edib ki, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur: “Nəticələrin necə olacağı qazma prosesindən asılı olacaq. “Şəfəq-Asiman” yatağından müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının “Şahdəniz”dəki qədər olması mümkündür”.

B.Aslanbəyli vurğulayıb ki, nəticələrdən asılı olaraq ortamüddətli plan hazırlanacaq.

Qeyd edək ki, “BP Azerbaijan” “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” yataqlarının operatorudur.

“Şəfəq-Asiman”da SOCAR və BP-nin hər birinin iştirak payı 50 faizdir. Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

6 2019 17:32 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə