Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 50 yol infrastruktur layihəsi icra olunacaq

Bu il 50 yol infrastruktur layihəsi icra olunacaq

Cari ildə investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulur. Belə ki, bu il ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən çox olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Bunların sırasında yüzlərlə kənd yolları, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var.

Bu il Astaradan İran sərhədinə qədər yeni yol layihəsi icra ediləcək. Belə ki, Astaradan İran sərhədinədək yeni dördzolaqlı yolun tikintisi ilin sonunadək başa çatdırılacaq. Bununla da, yük maşınlarının Astara şəhərinə girmədən, birbaşa sərhədə qədər hərəkəti təmin olunacaq. Cari ildə, həmçinin tikintisi üçün böyük vəsait nəzərdə tutulan Sumqayıt-Rusiya sərhədi yolu da inşa ediləcək. Sahilboyu ilə Rusiya sərhədinə qədər uzanan yeni yol şimal bölgəsində aqrar sahənin və turizmin sürətli inkişafı üçün də əlverişli imkan yaradacaq, həmçinin də Rusiya sərhədinə gedən ikinci yol olacaq.

Bundan başqa, il ərzində şəhərlərarası, şəhərlərdaxili və kənd yolları abadlaşdırılacaq. Eyni zamanda, yol təsərrüfatının ahəngdar işini təmin etmək məqsədilə bu il 270 yeni maşın və mexanizm alınacaq.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

6 2019 17:31 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə