Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan saytı: Özbəkistan prezidenti yaxın vaxtda Azərbaycana səfər edəcək

Özbəkistan saytı: Özbəkistan prezidenti yaxın vaxtda Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şövkət Mirzəyev yaxın vaxtda  Azərbaycana səfər edəcək. Bu barədə Özbəkistanın kun.uz xəbər portalı  Azərbaycan Respublikası İqtisadiyyat naziri Şahin Mustafayevə istinadən bildirib.  “Biz  Özbəkistan Prezidenti Şövkət Mirzəyevin yaxın vaxtlarda Azərbaycana vacib səfərini gözləyirik. Bizim tərəfimizdən müzakirə edilən məsələlər  Prezident  Mirzəyevin səfəri zamanı yaxşı əsas olacaq.”—Azərbaycanın iqtisadiyyat naziri Özbəkistan Respublikasının baş nazirinin müavini  Elyor Qəniyevlə Daşkənddə görüşündə bildirib.

Kuz.az saytı əlavə edib ki, azərbaycanlı nazir səfərin nə zaman baş tutacağı barədə məlumat verməyib.

E.Qəniyev öz növbəsində görüşdə bildirib ki, Azərbaycan iqtisadiyyat nazirinin səfəri tədbirlərə ən yüksək səviyyədə hazırlaşmağa imkan verir. “Bundan başqa, iqtisadi əməkdaşlıqla bağlı hökümətlərarası komissiyanın iclası keçiriləcək. Ona görə də biz sizin səfərinizi  hazırlığın çox vacib mərhələsi kimi hesab edirik.”

Qeyd edək ki, 2018-ci il aprelin 12-də Özbəkistan prezidenti Şövkət Mirzəyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Danışıq zamanı Özbəkistan Prezidenti həmkarını öz ölkəsinə rəsmi səfərə dəvət etmişdi.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

6 2019 16:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə