Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb

Qovlar şəhərinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı bildirib. “Şəhid ailələrinə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır”-- deyərək onlarla görüşüb, şəhidlərin ailə üzvlərinə “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”-- deyib.

Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan deputat cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüşdə onların ailə üzvlərinə göstərdiyi diqqətin, münasibətin necə olmasını bir nümunə olaraq xatırladıb. Q.Paşayeva bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin həm birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi, həm də şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin artırılaraq 300 manat müəyyən edilməsi haqqında fərmanları, şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. O deyib: "Biz hamımız, o cümlədən şəhid ailələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik". “Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”, –  deyən deputat “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – sözlərini diqətə çatdırıb.

Şəhid ailələri cənab Prezidentə onları hər zaman diqqətdə saxladığı üçün təşəkkürlərini bildiriblər və birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsi, şəhid ailələrinə ayrılan Prezident təqaüdünün artırılması haqqında imzaladığı son fərmanlarından və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərdən razı qaldıqlarını bidiriblər.

Q.Paşayeva hər bir şəhid ailəsi ilə ayrılıqda da görüşüb, qayğılarını dinləyib, onları maraqlandıran və narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb və “hər zaman yanınızdayıq”-- deyib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 15:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə