Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəlzələ bəzi palçıq vulkanlarının aktivləşməsinə təsir edə bilər

Zəlzələ bəzi palçıq vulkanlarının aktivləşməsinə təsir edə bilər

Ötən gün baş verən zəlzələ Şamaxıda və Qobustanın şimalında bəzi vulkanların aktivləşməsinə təsir edə bilər.

Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, güclü zəlzələ vulkanları oyadır: "Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Güclü zəlzələ enerji toplayan palçıq vulkanının oyanmasına təkan verir. Amma zəlzələdən sonra vulkanların vəziyyətinin necə olduğunu yoxlamaq üçün əraziyə ekspedisiya təşkil etmək lazımdır. Lakin hazırda zəlzələnin vulkanlara necə təsir etməsi barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu zəlzələdən sonra Şamaxıda və Qobustanın şimalında bəzi vulkanlar püskürsün”.

Qeyd edək ki, hazırda Azərbaycanda quru və dənizdə 350-dən çox palçıq vulkanı var. Hər il 3-5 vulkanda müxtəlif intensivlikdə püskürmələr baş verir. Lakin seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayı çoxalır.

6 2019 15:28 - EKOLOGİYA
EKOLOGİYA
15 İyul 2019 | 16:20
Görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə