Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kino klub”da növbəti görüş

“Kino klub”da növbəti görüş

"Kino klub" öz sevimli tamaşaçılarının dünya və milli kino inciləri ilə tanışlığını davam etdirir. Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan klubda növbəti görüş keçirilib.

Gecənin moderatoru Almaz Sultanzadə tamaşaçılara Azərbaycan kinosuna aid qısametrajlı bədii filmlər barədə danışıb. Sonra o, 1967-ci ildə "Azərbaycanfilm" kinostudiyasında Salam Qədirzadənin hekayəsi əsasında rejissor Eldar Quliyevin diplom işi olan "Biri var idi, biri yox" və "4.1 Şəhər motivləri" almanaxına daxil olan rejissor Cəfər Axundzadənin "Dmitrov küçəsi, 86" qısametrajlı bədii filmləri barədə maraqlı məlumatlar verib.

Nostalji notlarla zəngin olan ekran əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb, nümayişdən sonra müzakirələr aparılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 2019 14:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə