Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə etiraz aksiyasında 18-30 min insan iştirak edib

Parisdə etiraz aksiyasında 18-30 min insan iştirak edib

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqlarının və "sarı jiletlər"in etiraz aksiyalarında 18 min insan iştirak edib.

Trend-in məlumatına görə, bu barədə "20 minutes" nəşri polis prefekturasına istinadən xəbər verir.

"CGT" həmkarlar ittifaqı tərəfindən Parisdə və Fransanın digər şəhərlərində təşkil edilən etiraz aksiyalarına ilk dəfə "sarı jiletlər" hərəkatı da qoşulub.

Həmkarlar ittifaqının məlumatına əsasən, Parisdə küçələrə azı 30 min etirazçı çıxıb.

Etiraz aksiyalarının iştirakçıları minimal əmək haqlarının 20 faiz artırılması, qadınlar və kişilər üçün bərabər əmək haqqı, vergi islahatlarının keçirilməsi, dövlət xidmətlərinin yaxşılaşdırılması və ədalətli ekoloji islahatlar barədə tələblər irəli sürüblər.

6 2019 13:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə