Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Unudulmaz bəstəkar Qara Qarayev”

“Unudulmaz bəstəkar Qara Qarayev”

Milli Kitabxanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevə həsr olunmuş “Unudulmaz bəstəkar – Qara Qarayev” adlı geniş kitab sərgisi açılmışdır.

Dünya musiqi xəzinəsinə “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot”, “Alban rapsodiyası” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və digər yüzlərlə müxtəlif musiqi janrlarında yazılmış nadir incilər bəxş edən, Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında və inkişafında əhəmiyyətli rol oynamışdır.

Milli Kitabxanada  açılmış sərgidə özünəməxsus yaradıcılıq yolu keçmiş, musiqimizə yeni nəfəs, yeni fikir gətirmiş, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar Qara Qarayevin not əsərləri, əlyazmaları, səsyazıları və CD-lər, kinofilmlərə və dram tamaşalarına yazdığı musiqi əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, Azərbaycan və müxtəlif dünya dillərində həyat və yaradıcılığı haqqında yazılmış 200-dən çox əsər nümayiş edilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 2019 12:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə