Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəlzələ ilə bağlı təcili yardıma müraciətlər daxil olub

Zəlzələ ilə bağlı təcili yardıma müraciətlər daxil olub

Səhiyyə Nazirliyindən bildirilib ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda baş verən zəlzələ ilə əlaqədar şəhər xəstəxanası gücləndirilmiş rejimdə çalışıb. Müraciət edənlərə vaxtında xidmət məqsədilə bölgədə 6 təcili tibbi yardım briqadası işləyib.

Gecə ərzində təcili yardıma 30 müraciət olub. Müraciət edənlərdən 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib.

Nazirlikdən həmçinin, bildirilib ki, 1 nəfər cavan adamın həyəcandan dili tutulub: “Həmin şəxs  yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir nəfərin isə həyəcandan beyninə qan sızıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstə müalicə alır, vəziyyəti ağır qiymətləndirilir”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 12:05 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə