Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlamlıq üçün hansı vəziyyətdə yatmaq lazımdır?

Sağlamlıq üçün hansı vəziyyətdə yatmaq lazımdır?

Bu suala cavab vermək üçün alimlər onlarca araşdırma və eksperiment aparıblar. Aparılan araşdırmaların nəticələri göstərir ki, məhz sol böyür üstə yatmaq sağlamlıq üçün daha faydalıdır. Sağlamolun.az saytı xarici KİV-lərə istinadla xəbər verir ki, Norveç və Danimarla alimləri 2 il ərzində 1000-dən artıq insanın iştirakı ilə araşdırma aparıblar. Alimlər belə qərara gəliblər ki, insanın sağlamlığına və əhvalına onun yatdığı poza çox ciddi təsir edir.  

Alimlər qeyd edir ki, sol böyürü üstə yatan insanlar yuxu zamanı daha yaxşı dincəlir və bərpa olunur və onların sağlamlığı digər pozalarda yatanlarla müqayisədə daha möhkəmdir.

Böyür üstə yatan qadınlar daha çox yaşayır. Tədqiqatçılar aşkar ediblər ki, qadınlar böyür üstə yatmağı kişilərlə müqayisədə daha çox sevir. Alimlərin fikrinə görə, qadınların kişilərdən daha çox yaşamağı da o cümlədən bununla da bağlı ola bilər.

Sol böyür üstə yatmaq nə üçün faydalı sayılır?

- Belə vəziyyətdə mədə qida borusundan aşağıda yerləşir ki, bu da mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edir, qıcqırma, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu kimi pozulmaların qarşısını alır.

- Qan dövranı və o cümlədən beyin qan dövranı üçün faydalıdır.

- Xoruldamanın riskini azaldır. Xoruldama zamanı insanda nəfəsalmanın ani dayanması mümkündür ki, bu da erkən ölümün riskini artırır. Həm də xoruldayan insanlar gecə pis yatır və səhər yorğun və halsız olur.

Alimlər qeyd edir ki, ürək çatışmazlığından əziyyət çəkən və infarkt keçirdən insanlar sol böyürü üstə yatmamalıdır. Bu onların səhhətinə ziyan vura bilər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 11:57 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə