Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaxda heyvanlar arasında profilaktik tədbirlər aparılır

Qaxda heyvanlar arasında profilaktik tədbirlər aparılır

2019-cu ilin ilk günlərindən Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlərin aparılmasına start verib. Aparılan tədbirlər çərçivəsində Qax Rayon Baytarlıq İdarəsi rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda iti yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində epizootiya əleyhinə profilaktik tədbirlər aparır.

Qax Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 12 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun ayrı-ayrı təsərrüfatlarında saxlanılan iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda peyvəndləmə tədbirləri aparılıb. Eləcə də qan nümunəsi götürülüb, profilaktik dezinfeksiya işləri görülüb.

Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Qax rayonunda ev quşları arasında, iribuynuzlu və xırdabuynuzlu heyvanlarda xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır.

Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 11:55 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə