Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ayağınızdakı izlərə diqqət edin

Ayağınızdakı izlərə diqqət edin

İnsan ürəyinin düzgün işləmədiyini bilsə, vaxtında bunun qarşısını alaraq ölüm riskini azaltmış olar. Buna görə də ilk növbədə ürəyin fəaliyyətində hər hansı bir problemin olub-olmadığını müəyyən etmək lazımdır.

Medicina.az xəbər verir ki, ürəyin fəaliyyətinin pozulduğunu əsas 7 əlamət göstərir. Bu əlamətlərlə tanış olaq.

Qollara yayılan ağrı: Ürək xəstəliklərinin ən vacib əlamətlərindən biri də qollara yayılan ağrıların olmasıdır. Qol ağrısı kişilərdə sol tərəfdə müşahidə edilərkən, qadınlarda bu hal hər iki qolda üzə çıxa bilər. Amma bəzi hallarda qadınların qollarında müşahidə edilən ağrılar sinirlə də əlaqəli ola bilir. Buna görə də, bu ağrı zamanı mütləq həkimə müraciət edilməlidir. 

Şiddətli öskürək: Bir sıra fərqli xəstəliklərdə meydana çıxan şiddətli öskürək əsasən çəhrayı rəngli maye ilə müşayiət olunduqda, bu, ürək xəstəliyindən xəbər verir. 

Ayaqlarda şişkinlik: Ayaq və topuqlarda müşahidə edilən səbəbsiz şişkinliklər ürək xəstəliyindən xəbər verə bilər. Ürək qanı yaxşı pompalamadığı halda qan damarlarındakı mayenin toxumalara sızması səbəbindən ayaqlarda şişkinlik meydana çıxır. Bu zaman həkimə müayinə olunmaq məsləhətdir. Əsasən də corab geyindiyinizdə ayağınızda rezin izləri qalırsa, bu zaman mütləq həkimə müraciət edin. 

Ürək bulanması və iştahasızlıq: Ürək problemləri səbəbindən qaraciyər çevrəsində yerləşən həzm  mayelərinın təsiri ilə  insanda ürəkbulanma, iştahasızlıq, həmçinin də  qarın ağrısı kimi problemlər yarana bilər. 

Narahatlıq: Aparılan araşdırmalara görə, həyatlarının müəyyən dövründə narahatlıq yaşayan insanlar ürək xəstəliklərinə meyilli olurlar. 

Ürək getmə: Ürək narahatlıqları arasında ən çox rast gəlinən əlamətlərdən biri də ürək keçməsidir. Bunun səbəbi ürəyin qanı normal pompalamaması nəticəsində qanın damarlarda yığılmasıdır. 

Dərinin göyərməsi: Qan dövranının pozulması nəticəsində ortaya çıxan bu əlamətə çox nadir hallarda rast gəlinir. Lakin əlamətlərdən biri də budur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 11:50 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə