Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nigeriyada 26 nəfər silahlı hücumun qubanı olub

Nigeriyada 26 nəfər silahlı hücumun qubanı olub

Legit portalının polis orqanlarına istinadən verdiyi məlumata görə, Nigeriyanın Zamfara ştatında silahlılar kəndlərə hücum ediblər. Hücum zamanı 26 nəfər həlak olub.

Qusao rayonunda baş vermiş silahlı hücum nəticəsində 15 nəfər həlak olub, silahlılar 6 qadın və 1 kişini girov götürüblər.

Polis nümayəndəsi Məhəmməd Şehu bildirib ki, girov götürülənlər sonra azad edilib.

Digər silahlı hücum Bakkuium rayonunda baş verib. Silahlılar 11 nəfəri qətlə yetirib, evləri yandırıblar.

Hazırda sabitliyi bərpa etmək mümkün olmuşdur. Kəndlərə xüsusi təyinatlılar və qoşun bölmələri göndərilib.

 

“Xalq qəzeti”

6 2019 11:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Ən son xəbərləri səhifəmizdən də izləyin