Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan Avropa İttifaqını miqrasiya sazişi üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib

Ərdoğan Avropa İttifaqını miqrasiya sazişi üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib

Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiya üzrə miqrasiya razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsipras ilə birgə mətbaut konfransında bildirib.

T.Ərdoğan deyib: "Biz Egey dənizində qaçqınlarla bağlı yeni faciənin qarşısını almaq üçün böyük səylər göstəririk. Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edir. Lakin biz görürük ki, Aİ readmissiya mexanizminə riayət etmir".

Prezident əlavə edib ki, Türkiyə ərazisində 4 milyon qaçqın var və onların qəbul edilməsinə ölkə 35 milyard dollara yaxın vəsait sərf edib.

6 2019 11:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə