Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 36    Bakı şəhəri, 5 fevral 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 fevral tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və .qəbul edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 fevral tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 304) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə “Direktorlar Şurası” sözləri “İdarə Heyəti” sözləri ilə və  “Direktorlar Şurasının” sözləri “İdarə Heyətinin” sözləri ilə əvəz edilsin.
2. 4.2-ci bənddə “2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə” sözləri “2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə