Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədidə elektrik enerjisi şəbəkəsi yenidən qurulur

Binəqədidə elektrik enerjisi şəbəkəsi yenidən qurulur

“Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayır. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayev bildirilib ki, son illər həmin Binəqədi rayonunun qəsəbələri sürətlə böyüyüb, çox sayda yeni yaşayış sahələri salınıb. Lakin zəruri infrastruktur yaradılmadan həyata keçirilən kortəbii məskunlaşmanın nəticəsi olaraq bu ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatında da problemlər yaranırdı. Çünki köhnə xətlər və transformatorlar abunəçilərin sayının sürətlə artması nəticəsində yaranan ifrat yüklənməyə davam gətirmirdi, habelə elektrik enerjisi itkiləri artırırdı.

Bildiyiniz kimi son illər Prezident İlham Əliyevin Azərbaycanda hər bir abonentin sutka boyu elektrik enerjisi ilə fasiləsiz təchiz olunmasına dair qarşıya qoyduğu vəzifələrə uyğun olaraq “Azərişıq” ASC tərəfindən həm ölkənin regionlarında, həm Bakı ətrafında yeni salınan qəsəbələrdə elektrik enerjisi şəbəkəsinin demək olar ki, sıfırdan yenidən qurulması həyata keçirilir. Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrdə işlər artıq yekunlaşıb. İndi isə Binəqədi rayonunun ərazisində yeni salınmış qəsəbələrin və məhəllələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulmasına başlanılıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

5 2019 16:19 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə