Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yol infrastrukturu müasirləşdirilir

Yol infrastrukturu müasirləşdirilir

Son bir ildə yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün mühüm işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində vacib layihələr həyata keçirilib. Belə ki, 2018-ci ildə respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərlərində 90 layihə başa çatıb. Buraya 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi daxildir.

Həmin layihələr 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 kilometr uzunluğunda avtomobil yollarıdır. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır.

Ötən il 33 körpü, 29 yol ötürücüsü, 4 tunelin tikilərək istifadəyə verildiyini, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlərin alındığını qeyd edib. Əlavə edib ki, aparılmış kompleks tədbirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 kilometr təşkil edirdisə, hazırda 448,5 kilometr artaraq 909,5 kilometr olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

5 2019 16:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə