Ən son xəbərlər
Azərbaycan nümayəndə heyəti 4-5 fevralda Özbəkistanda səfərdə olub.
Nümayəndə heyətinə iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin sahibkarlar daxil olublar.
Səfər çərçivəsində görüşlər keçirilib, iqtisadi əlaqələrin inkişafı istiqamətləri, Azərbaycanın nəqliyyat-tranzit imkanlarından daha geniş istifadə edilməsi və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə