Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı gənclərin hazırladığı modul sınaqdan keçirilib

Azərbaycanlı gənclərin hazırladığı modul sınaqdan keçirilib

Qərbi Kaspi Universitetinin tələbələri Xseron süni intellekt modulunu proqramlaşdırmağa nail olublar. Bu qurğuda bütün əməliyyatları süni intellekt idarə edir.

Ölkə mediasına verilən məlumatda bildirilir ki, avadanlığın sxemini və proqram təminatını universitetin texnoparkında fəal tədqiqat aparan tələbə Cəbrayıl Şahbazov və məktəbli Murad Eyvazzadə hazırlayıblar.

Yenilik əsasında radiodalğa ilə 6 təkərli modul 1000 metrədək məsafədən idarə edilir, istənilən bucaq altında dönə bilir. İrəli-geri hərəkət əlin hərəkətilə tənzimlənir. Qurğunun tərkibində müxtəlif sensorlar var: alov, temperatur, nəmlik, qaz axını sensorları və s.

Bütün informasiya internetlə hər yerə göndərilə bilər. Robot- əldən istifadə olunmaqla yanğını yanğınsöndürmə kürəciyi vasitəsilə məsafdən söndürmək mümkündürr. Modulu drona da çevirmək olar. Dron yanğın ərazisinə yanğınsöndürmə kürəciyini ata bilər.

Qərbi Kaspi Universitetinin texnoparkı tələbələrin ixtiraçılıq qabiliyyətini təşviq edir, mütəxəssislərin köməyi ilə burada müxtəlif ideyaların praktik məhsula çevrilməsinə dəstək göstərilir. 

 

R.TAHİR,
“Xalq qəzeti”

5 2019 15:34 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə