Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Traviata” Xalq artisti Cənnət Səlimovanın quruluşunda

“Traviata”  Xalq artisti Cənnət Səlimovanın quruluşunda

Cüzeppe Verdinin "Traviata" üçpərdəli operası növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında izlənilib. Səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda təqdim olunub.

Səhnə əsərində Violetta obrazını İnarə Babayeva, Alfredi isə Fərid Əliyev canlandırıb. Digər partiyalarda Cahangir Qurbanov, Səbinə Vahabzadə, Əli Əsgərov, Əkrəm Poladov, Əliəhməd İbrahimov, Firus Məmmədov və Nina Makarova çıxış ediblər. Opera Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 15:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə