Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalça Muzeyində “Tarixə və ənənəyə toxunuş” adlı sərgi açılıb

Xalça Muzeyində “Tarixə və ənənəyə toxunuş” adlı sərgi açılıb

Azərbaycan Xalça Muzeyində “Tarixə və ənənəyə toxunuş” adlı sərginin açılış mərasimi keçirilib. Görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulan sərgi Azərbaycanda bu qəbildən ilk sosial layihədir. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə reallaşıb. Ekspozisiyanın əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji və İnsani Yardım İctimai Təşkilatının səyyar sərgisi təşkil edir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ölkəmizdə sağlamlıq imkanları məhdud olan insanların müdafiəsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların cəmiyyətə inteqrasiyası, maddi və mənəvi tələbatlarının ödənilməsini təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qeyd etdi ki, sözügedən sərgi də bu diqqət və qayğının bariz nümunəsidir.

“Tarixə və ənənəyə toxunuş” sərgisi martın 1-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 14:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə