Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlər qəribə açıqlama verir: Pişik saxlayanlar şizofren olur

Alimlər qəribə  açıqlama verir: Pişik saxlayanlar şizofren olur

Danimarkalı alimlər həyata keçirdikləri araşdırmada qorxunc nəticələr əldə ediblər. Araşdırmaya görə, pişik qumundan və ətdən yayılan bir parazit psixi xəstəlikləri "tərpədir". Bu barədə Medicina.az xəbər verir.

Məlumatda bildirilir ki, araşdırma Kopenhagen Universitetinin alimləri tərəfindən həyata keçirilib. Aralarından 2591-nə psixiatrik xəstəlik diaqnozu qoyulan 80 mindən çox insanın göstəriciləri analiz edilib. Məlum olub ki, pişiklər arasında geniş yayılan toksoplazma gondi adlı parazit şizofreniyaya səbəb olur.

Toksoplazma gondi paraziti insana pişik qumu ilə təmas edildiyində və çiy ət vasitəsilə yoluxur. Əsasən zərərsiz olduğu düşünülsə də, aparılan araşdırmaya görə, bu parazit şizofreniya riskini 50 faiz artırır. Bu parazit zehni funksiyaları pozaraq riskli davranışları, depressiyanı və yol qəzalarını tətikləyir. 

Alimlərin fikrincə, dünya miqyasında 1 milyarddan çox insan bu parazitin daşıyıcısıdır. Araşdırma nəticələrinə görə, bu paraziti daşıyan insanların təxminən 50 faizinə şizofreniya diaqnozu qoyulub.

    

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2019 14:12 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə