Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar

“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən Şuşa şəhər 1 saylı tam orta məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib.

Seminarda ayrı-ayrı işəgötürənlərin və Yasamal Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndələri, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri iştirak edib.

Əmək  Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddinin 15 yaş olduğu, bu dövrədək uşaqların əmək münasibətlərinə cəlb edilməsinin qanunla qadağan edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, həmçinin yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində işlərə cəlb edilməsi qadağandır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2019 14:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə