Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın tərkibi formalaşıb

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın tərkibi formalaşıb

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq yanvarın 28-də Səhiyyə Nazirliyinin inzibati binasında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticəsi açıqlanıb.

 Belə ki,  Ağayev Qorxmaz Siracəddin oğlu -- “Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi tərəfindən, Eyvazov Taryel Əli oğlu -- “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyindən, Nəbiyeva Ziba Vasif qızı - “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyindən,  Salayev Rüstəm Əli oğlu - “Psixo-Sosial yardım” İctimai Birliyi  və  Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası” İctimai Birliyi tərəfindən İctimai Şuraya üzv seçiliblər.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Səhiyyə Nazirliyi yanında İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaqdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2019 14:05 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə