Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır

BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır

"BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Trend-ə bildirib ki, BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır.

Bəxtiyar Aslanbəylinin sözlərinə görə, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur: "Nəticələrin necə olacağı qazma prosesindən asılı olacaq. "Şəfəq-Asiman" yatağından müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının "Şahdəniz"dəki qədər olması mümkündür".

B.Aslanbəyli vurğulayıb ki, nəticələrdən asılı olaraq ortamüddətli plan hazırlanacaq.

Qeyd edək ki, "BP Azerbaijan" "Azəri-Çıraq-Günəşli" və "Şəfəq-Asiman" yataqlarının operatorudur.

"Şəfəq-Asiman"da SOCAR və BP-nin hər birinin iştirak payı 50 faizdir. Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.

 

“Xalq qəzeti”

5 2019 14:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT
7 Oktyabr 2019 | 15:46
Neftdən nə xəbər?!
5 Oktyabr 2019 | 16:45
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə