Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astarada epizootiya əleyhinə profilaktik tədbirlər aparılır

Astarada epizootiya əleyhinə profilaktik tədbirlər aparılır

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə start verilib.

Dövlət Baytarlıq Xidmətinin Astara Rayon Baytarlıq İdarəsi tərəfindən heyvanlarda müxtəlif xəstəliklər əleyhinə peyvəndləmə aparılıb, müayinə məqsədilə qan nümunələri götürülüb, eyni zamanda, təsərrüfatlarda dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Hazırda rayon ərazisində epizootik tədbirlər davam etdirilir.

Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Eyni zamanda, xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2019 14:01 -
16 Avqust 2019 | 11:52
Kreditlə Neymar transferi

Köhnə versiyamızdan xəbərləri izlə