Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlər həyəcan təbili çalır

Alimlər həyəcan təbili çalır

Antarktidada nəhəng buz parçaları əriməyə başlayıb

Antarktidanın qərbində, alimlər tərəfindən “dünyanın ən təhlükəli aysberqi” adlandırılan nəhəng buz parçası dağılmaq təhlükəsi altındadır. Bu barədə “Planet Today” məlumat yayıb.

Bildirilir ki, qitənin buz tavasından iri parçanın qopması an məsələsidir. Əgər buz dağı tamamilə dağılsa, dünya okeanının səviyyəsi 65 santimetr yüksələ bilər.

Buz dağının bir hissəsinin dağılması NASA peykləri tərəfindən qeydə alınıb və “Science Advances” jurnalında bununla bağlı elmi məqalə dərc edilib. Video görüntüdə aysberqin 300 metr hündürlüyü, 4 kilometr uzunluğu olan hissəsi açıq-aydın görünür.

Alimlərin qənaətinə görə,  buzun üzərində yaranan dəliyə isti dəniz suyu axıb və ərimə prosesini sürətləndirib. Əvvəllər bu hissədə 14 milyard ton buz olub.

Tueytsa adlı buz dağı Pan-Aylend körfəzinə düşür. Alimlər bildirirlər ki, bununla yanaşı, Qərbi Antarktidada iki nəhəng aysberqin də əridiyi müşahidə edilir. Bunun səbəbi isə son illər buz örtüyünün daha sürətlə əriməsi və yağan qarın itkini qarşılamamasıdır.

Bu üç buz dağı əridikdən sonra isə dünya okeanı 3,3 metr artacaq. Alimlərin fikrinə əsasən, bu proses üçün minimum 200, maksimum 1000 il vaxt lazımdır.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

5 2019 12:06 - EKOLOGİYA
EKOLOGİYA
15 İyul 2019 | 16:20
Görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə