Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb

Tramp daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb

ABŞ Prezidenti Donald Tramp daxili işlər naziri vəzifəsinə Devid Bernhardtın namizədliyini irəli sürüb. Tramp “Twitter”-də yazıb: “Daxili işlər naziri səlahiyyətlərini icra edən Devid Bernhardtın daxili işlər naziri vəzifəsinə namizədliyi irəli sürüləcək. ..Devid gəldiyi ilk gündən fantastik işlər görmüşdür.  Biz onun namizədliyinin rəsmən təsdiq olunmasını səbirsizliklə gözləyirik”.

Əvvəllər neft biznesinin iri lobbiçisi olan Bernhadt 2017-ci ildə daxili işlər nazirinin müavini təyin olunmuşdur. Daxili işlər naziri Rayan Zinkenin işdən azad olunmasından sonra Bernhardt nazir vəzifəsini icra edirdi.

Qeyd edək ki, ABŞ-da Daxili İşlər Nazirliyi torpaqdan istifadə, geologiya və milli parklar məsələləri ilə məşğul olur.

 

“Xalq qəzeti” 

5 2019 11:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Oktyabr 2019 | 17:36
Filippində zəlzələ
16 Oktyabr 2019 | 17:24
Braziliyada faciə
16 Oktyabr 2019 | 17:20
Kaliforniyada yanğın
7 Oktyabr 2019 | 16:29
Bağdadda danışıqlar
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə