Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran 44 gəmi istehsal edəcək

İran 44 gəmi istehsal edəcək

İranın Yol və Şəhərsalma Nazirliyi ilə Müdafiə Nazirliyi arasında axtarış-xilasetmə, nəzarət-yoxlama, qoşqu və suyun dibinin təmizlənməsi üzrə 44 gəminin istehsalına dair müqavilə imzalanıb.

Müqaviləni İranın yol və şəhərsalma naziri Məhəmməd İslami və İranın müdafiə naziri general-mayor Əmir Hatəmi imzalayıb. Müqaviləyə əsasən ilk mərhələdə 2 ədəd axtarış və xilasetmə, 2 ədəd yoxlama və nəzarət gəmisi Limanlar və Dənizçilik Təşkilatı üçün inşa ediləcək.

Bu dörd gəminin dəyəri 9,5 milyon avrodur. Üç il ərzində inşa ediləcək gəmilərin dəyəri 140 milyon avrodan çoxdur.

 

“Xalq qəzeti”

5 2019 10:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə