Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

410 minə yaxın vətəndaş aylıq sosial müavinət alır

 410 minə yaxın vətəndaş aylıq sosial müavinət alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 1 iyul tarixinə olan məlumata görə aylıq sosial müavinətlə təmin olunanların sayı  409 min 284 nəfərdir.

Onların sırasına əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət alanlar, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər daxildir.

Cari ilin 6 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı isə 48 391 nəfər təşkil edib. Birdəfəlik müavinətlər uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilir. Dəfn xərci olaraq  birdəfəlik müavinət verilir. Eləcə də, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

31 2018 14:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə