Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əcnəbilər bank kartları vasitəsilə ölkədə 1,2 milyard manatlıq əməliyyat aparıb

Əcnəbilər bank kartları vasitəsilə ölkədə 1,2 milyard manatlıq əməliyyat aparıb

2018-ci ildə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 1 milyard 278,4 milyon manat təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın yanvar sayında bildirilir. Qeyd edilir ki, 2017-ci illə müqayisədə ötən il ölkəmizə gələn əcnəbilərin bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat və ya 25 faiz artıb. Dekabrda xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 82,9 milyon manat təşkil edib və 2017-ci ilin eyni ayı ilə müqayisədə 6 faiz artıb.

Qeyd edək ki, ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

4 2019 12:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə