Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvarda 1763 mənzilə təbii qaz verilib

Yanvarda 1763 mənzilə təbii qaz verilib

Cari ilin yanvar ayı ərzində çoxmərtəbəli binalar üzrə 1763 mənzildə təbii qazın açılması təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, adı çəkilən birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsində “Azəriqaz” bu ilin yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 1763 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

4 2019 12:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə